03/02/2018

Əvəzedicilərimiz "Neftçi" ilə yoxlama oyunu keçirib


"Sumqayıt" FK-nın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir. Elbrus Məmmədovun yetirmələri bu gün "Kapital Bank Arena"da "Neftçi"nin əvəzediciləri ilə yoxlama görüşündə qüvvəsini sınayıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan qolları Qurban Hüseynov və Camal Camalov rəqib qapısından keçirib.