02/02/2018

“Sumqayıt” FK “Mladost” ilə qarşılaşacaq


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə sonuncu yoxlama oyununa çıxacaq. Komandamız sabah Serbiya təmsilçisi “Mladost” ilə qarşılaşacaq. Görüş "Kundu Fanatic" otelinin stadionunda keçiriləcək və yerli vaxtla saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Nenad Milovanoviçin rəhbərlik etdiyi “Mladost” hazırda yerli çempionatda 9-cu pillədə qərarlaşıb.