13/02/2012

Sumqayıtda şahmat yarışı keçirilib


Ölkə başçısı cənab İlham Əliyevin 2012-ci ili “İdman İli” elan etməsindən sonra Sumqayıtda silsilə idman tədbirlərinin keçirilməsi davam edir. “Azərikimya” İstehsalat Birliyi və Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin təşkilatçılığı ilə idarə, müəssisələr və təşkilatlar arasında şahmat yarışına start verilib. Turnirdə tərkibi beş iştirakçı olmaqla 16 komanda qalib adını qazanmaq üçün mübarizəyə başlayıb. Sumqayıt Şahmat məktəbində təşkil olunan yarışın açılış mərasimində “Sumqayıt” Futbol Klubunun təsisçisi “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və klubun prezidenti Kamran Quliyev də iştirak edib.