02/02/2018

"Sumqayıt" FK Antalyada hazırlığını davam etdirir


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlıq prosesinin 12-ci gününü bir məşqlə başa vurub. Saat 11:30-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Sumqayıt" FK sabah Türkiyədə son yoxlama oyununa çıxacaq. Komandamız əvvəldən məlumat verdiyimiz kimi Serbiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.