31/01/2018

“Sumqayıt” FK yoxlama görüşündə “Anji” ilə qarşılaşıb


“Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində bu gün Antalyada növbəti yoxlama oyununu keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Rusiya təmsilçisi “Anji” ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 18:00 start götürən oyunda komandamız meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, “Sumqayıt” FK Antalyada sonuncu yoxlama görüşünü fevralın 3-də Serbiya “Mladost”una qarşı keçirəcək.

“Sumqayıt” FK meydana bu heyətlə çıxıb:
23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov, 70. Ülvi İsgəndərov.

Meydana sonradan daxil olanlar:
1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 97. Xəyal Nəcəfov.

“Anji” meydana bu heyətlə çıxıb:
47. Georgi Loriya, 91. Miral Samardzhic, 71. Vladimir Poluyakhtov, 92. Sergey Bryzgalov, 7. Pavel Yakovlev, 6. Paul Anton, 78. Mikhail Bakaev, 10. Kwadwo Poku, 8. Arsen Khubulov, 88. İvan Markelov, 9. Alexander Prudnikov

Meydana sonradan daxil olanlar:

98. Alexander Budakov, 44. Jhon Chancellor, 17. Vasily Cherov, 94. Mohammed Elmurzaev, 18. Yura Udunyan, 4. İgor Chaikovskiy, 13. Danil Glebov, 15. Kamil Zakirov, 90. Amur Kalmykov, 99. Juan Lescano, 89. Rustam Khalimbekov