31/01/2018

“Sumqayıt” – “Anji” qarşılaşması CBC Sport kanalı ilə canlı yayımlanacaq


Hal-hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Fubol Klubu növbəti yoxlama oyununa çıxacaq. Komandamız bu gün Bakı vaxtı ilə saat 18:00-da Rusiya Premyer Liqa təmsilçisi “Anji” ilə qarşılaşacaq. Titanic Belek otelinin stadionunda baş tutacaq qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.