31/01/2018

Əvəzedicilərimiz yoxlama görüşündə “İranian Star”ı məğlub edib


İkinci dövrə üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri bu gün növbəti yoxlama oyunu keçirib. Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da İran təmsilçisi “İranian Star”la qarşılaşıb. Görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt” FK-nın qollarına Qurban Hüseynov (2) və Fərid Kərimzadə imza atıb.