31/01/2018

"Sumqayıt" FK "Anji" ilə yoxlama oyunu keçirəcək


Premyer Liqanın 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" Futbol Klubu sabah Antalyada növbəti yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi "Anji" ilə üz-üzə gələcək. Qarşılaşma Titanic Belek otelinin stadionunda yerli vaxtla saat 17:00-da start götürəcək.