31/01/2018

“Sumqayıt” FK-nın rəhbərliyi və məşqçi heyəti millinin oyunlarını izləyib


Bu gün futbol üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Moldova ilə yoxlama oyunu keçirib (0:0). Bundan başqa, 19 yaşlılardan ibarət yığma komandamız “Antalyaspor”lu həmyaşıdları ilə yoxlama görüşündə qüvvəsini sınayıb (0:1). Hər iki qarşılaşmada “Sumqayıt” Futbol Klubunun rəhbərliyi, məşqçi heyəti və aparıcı futbolçuları iştirak edib.