30/01/2018

"Sumqayıt" FK Antalya hazırlığının 9-cu gününü səhər məşqi ilə yekunlaşdırıb


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlıq prosesinin 9-cu gününü bir məşqlə başa vurub. Saat 12:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. 

Qeyd edək ki, "Sumqayıt" FK sabah "Anji" ilə yoxlama görüşü keçirəcək.