29/01/2018

"Sumqayıt" FK Antalya toplanışın 8-ci günündə


Antalyada hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu toplanışın 8-ci gününü bir məşq əsnasında başa vurub. Əvvəlcə komandamız saat 09:25-də dəniz sahilində səhər qaçışı ilə günə başlayıb. Təxminən 40 dəqiqə sonra Samir Abasovun rəhbərliyi altında kollektiv fitness zalında çalışıb.