13/02/2012

Stadionun direktoru məsələyə aydınlıq gətirdi


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Rizvan Rəsulov meydançanın vəziyyəti ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Son zamanlar ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Bununla əlaqədar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun öt örtüyü yaxşı vəziyyətdə deyil. Həmin qarşılaşma Sumqayıtda keçirilsəydi, meydança daha acınacaqlı vəziyyətə gələ bilərdi. Məsələ ilə bağlı iki gün əvvəl “Sumqayıt” Futbol Klubunun rəhbərliyi ilə görüşümüz oldu. Bu səbəbdən “Neftçi” ilə oyunun başqa meydançada keçirilməsinə qərar verildi”.