28/01/2018

"Sumqayıt" FK yoxlama görüşündə “Akademiya Pandev”lə qarşılaşıb


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb. 30-cu dəqiqədə “Sumqayıt” FK Vurğun Hüseynov ilə hesabda önə keçsə də, 44-cü dəqiqədə rəqib Aleksandar Mişov ilə hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız növbəti yoxlama görüşünü 31 Yanvar tarixində Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.

“Sumqayıt” FK meydana bu heyətlə çıxıb:
23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.

Meydana sonradan daxil olanlar:
1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 32. Rəşad Eyyubov, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.