27/01/2018

"Sumqayıt" FK “Akademiya Pandev”lə yoxlama oyunu keçirəcək


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq. Komandamız Makedoniya klubu “Akademiya Pandev”lə üz-üzə gələcək. Qarşılaşma Manavgat Atatürk stadionunda keçiriləcək və yerli vaxtla saat 15:00-da start götürəcək.

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.