13/02/2012

“Sumqayıt” – “Neftçi” oyun “Şəfa” stadionunda keçiriləcək


Unibank Premyer Liqasının XX turu çərçivəsində “Sumqayıt” Futbol Klubu “Neftçi”ni qəbul edəcək. Son həftələr ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb. Bu səbəbdən əvəzedici və əsas komandalar “Neftçi” ilə oyunları “Şəfa” stadionunda keçirəcək.

Qeyd edək ki, “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandaları fevralın 14-də, əsas komandalar isə fevralın 15-də üz-üzə gələcək. Hər iki görüş saat 14:00-da başlayacaq.