26/01/2018

Cavid İmamverdiyev və Bəhlul Mustafazadə A milliyə dəvət alıb


Yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" Futbol Klubunun 2 futbolçusu - Cavid İmamverdiyev və Bəhlul Mustafazadə yığmanın heyətinə dəvət alıb.