26/01/2018

"Sumqayıt" FK Antalyada V gündə fitness zalında çalışdı


Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu V günü bir məşq əsnasında başa vurub. Komandamız səhər saatlarında fitness zalında hazırlaşıb. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" FK sabah Antalyada 2 dəfə səhər və axşam məşqi ilə stadionda hazırlaşacaq.