24/01/2018

"Sumqayıt" FK Antalyada axşam məşqini keçirib


"Sumqayıt" Futbol Klubu Antalyada hazırlığını davam etdirir. Samir Abasovun rəhbərliyi etdiyi komanda təlim-məşq toplanışının üçüncü gününü bir məşq əsnasında başa vurub. Hazırlıq prosesinə yüngül qaçışla başlayan komanda, daha sonra müxtəlif taktiki gedişlər və xüsusi tapşırıqlar üzərində çalışıb. Təxminən 1,5 saat davam edən məşq prosesinə iki tərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Sumqayıt" FK sabah Antalyada ilk yoxlama oyununa çıxacaq. Komandamız xəbər verdiyimiz kimi Rumıniya təmsilçisi ”Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.