24/01/2018

Əvəzedicilər “Uğur”la heç-heçə edib, U-19 “Şərur”u məğlubiyyətə uğradıb


“Sumqayıt” FK-nın əvəzediciləri məşqlərini davam etdirir. İkinci dövrəyə hazırlıq mərhələsi çərçivəsində komandamız “Kapital Bank Arena”da Region Liqası təmsilçisi “Uğur”la qarşılaşıb. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. “Sumqayıt” FK-nın qolunu Elvin Nəsibov rəqib qapısından keçirib.

Bundan başqa, “Sumqayıt” FK-nın U-19 komandası da yoxlama görüşündə qüvvəsini sınayıb. “Şərur”la qarşılaşan Aqil Məmmədovun yetirmələri 3:1 hesablı qələbə qazanıb. Komandamızın qollarına Tural Quliyev, Nazim Bağırov və Cavid Quliyev imza atıb.