24/01/2018

"Sumqayıt" FK “Konkordiya” ilə yoxlama oyunu keçirəcək


“Sumqayıt” Futbol Klubunun Antalyada 4 yoxlama oyunu keçirəcəyi barədə xəbər vermişik. Komandamız sabah qonşu ölkədə ilk sınaq matçına çıxacaq. Nəzərinizə çatdıraq ki, Polşanın “Poqon” klubu öncədən planlaşdırılmış yoxlama görüşündən imtina edib. Bu səbəbdən "Sumqayıt" FK Rumıniya təmsilçisi ”Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, 1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb.