23/01/2018

"Sumqayıt" FK Antalyada hazırlığını davam etdirir


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün qonşu ölkədə 2 məşqdən birini artıq başa vurub. Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. 
“Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb. Komandamızın növbəti axşam məşqi isə saat 17:30-da olacaq.