22/01/2018

"Sumqayıt" FK axşam məşqini fitness zalında keçdi


Bu gündən Antalyada təlim-məşq toplanışına start verən "Sumqayıt" Futbol Klubu axşam məşqi ilə günü yekunlaşdırıb. Komandamız Samir Abasovun rəhbərliyi altında günün ikinci məşqini fitness zalında keçirib. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK Antalya toplanışının ikinci günündə də iki məşqlə kifayətlənəcək.