21/01/2018

"Sumqayıt" FK Antalyadadır


Hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşmüş "Sumqayıt" Futbol Klubu artıq Antalyadadır. Yerli saatla 18:30-da Antalya Beynəlxalq Hava Limanına çatan komandamız ardınca Side bölgəsində yerləşən "The Sense De Luxe" Hotelinə yollanıb. Qeyd edək ki, baş məşqçi Samir Abasovun planına əsasən "Sumqayıt" FK sabah hazırlığa start verəcək və komandamız günü 2 məşq əsasında başa vuracaq.