21/01/2018

“Sumqayıt” FK bu gün Türkiyəyə yollanır


Dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirmək üçün Türkiyəyə yola düşəcək. Komandamız saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanacaq. "The Sense De Luxe" hotelində məşkunlaşacaq olan “Sumqayıt” FK qonşu ölkədə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.