18/01/2018

"Sumqayıt" FK yoxlama görüşündə "Səbail"lə qarşılaşıb


Premyer Liqanın 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK növbəti yoxlama oyununu keçirib. Samir Abasovun yetirmələri "Kapital Bank Arena"da "Səbail"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada komandamız 1:2 hesabı ilə məğlub olub. "Sumqayıt" FK-nın qarşılaşmadakı yeganə qolunu Amil Yunanov vurub.