15/01/2018

“Sumqayıt” FK yoxlama görüşündə “Qaradağ Lökbatan”ı məğlub edib


Çempionatın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib. Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da I Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.

Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.