25/08/2011

Ruslan Qurbanov “Sumqayıt Şəhər”ə keçdi


Unibank Premyer Liqasında mübarizə aparan “Sumqayıt Şəhər” növbəti transferini rəsmiləşdirib. Klubumuz “Neftçi”nin hücumçusu Ruslan Qurbanovu icarəyə götürüb.

“Sumqayıt Şəhər” klubu gənc futbolçulardan qurulub. Bu komandaya keçməyinmdə bu amilin böyük rolu var. Sadəcə zədəli olduğum üçün bir müddət yeni komandama kömək edə bilməyəcəyəm. “Sumqayıt Şəhər”də oyun praktikamı artırıb yenidən uğur qacanacağıma inanıram. Sonda “Neftçi”nin prezidenti Sadıq Sadıqova məni buraxdığı üçün və “Sumqayıt Şəhər”in rəhbərliyinə mənə inandıqları üçün təşəkkürümü bildirirəm”, - deyə Ruslan Qurbanov internet səhifəmizə açıqlama verib.

Qeyd edək ki, Ruslan Qurbanov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüdür.