13/01/2018

Əvəzedicilərimiz yoxlama görüşündə “Xəzər”i məğlub edib


Çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri bu gün ilk yoxlama görüşünü keçirib. Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da I Divizion təmsilçisi “Xəzər”i sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən mübarizədən komandamız 1:0 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın yeganə qoluna Fərid Kərimzadə imza atıb.

Yoxlama oyunu
“Sumqayıt” – “Xəzər” 1:0
Qol:
Fərid Kərimzadə.