10/01/2018

"Sumqayıt" FK-nın qış hazırlıq planı haqqında məlumat


"Sumqayıt" Futbol Klubu yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Komandamız baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində "Sumqayıt" FK 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə "Kapital Bank Arena"da üz-üzə gələcək. "Sumqayıt" FK hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komandamız "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" FK qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.