10/02/2012

“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır


Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Türkiyənin paytaxtı Ankara şəhərində əməliyyat olunan qapıçı Emil Balayev və ayağında ağrılar hiss edən Ruslan Qurbanov məşqlərdə iştirak etmir. Yeni transfer Ruslan Məcidov isə komanda ilə birlikdə hazırlaşır. Bernhard Raabın komandası sabah trenajor zalında hazırlıq keçəcək.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın növbəti turunda fevralın 15-də doğma azarkeşləri qarşısında “Neftçi” ilə üz-üzə gələcək.