05/01/2018

4 futbolçumuz U-21 millisinə dəvət alıb


21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığma komandanın heyətində “Sumqayıt” FK-nın 4 futbolçusu yer alır. Belə ki, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ülvi İsgəndərov 9-27 yanvar tarixlərində keçiriləcək toplanışda yer alacaq.