09/02/2012

Əvəzedicilər daha 5 futbolçunu heyətinə qatıb


“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Vaqif Paşayevin yetirmələri gün ərzində iki dəfə olmaqla Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda hazırlaşır. Əvəzedicilər daha 5 futbolçunu heyətinə qatıb. Belə ki, “İnter”dən Yevgeni Jukov, “Rəvan”dan Arif Əliyev, “Neftçi”dən Aqşin Muxtaroğlu və Samir Rüstəmli, “Qarabağ”dan isə Ayaz Mehdiyev bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.

Xatırladaq ki, əvəzedicilər indiyə qədər Ruslan Getman, Təbriz Mütəllimov və Niyaz Həsənovla müqavilə imzalamışdı.

Bundan başqa, “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalarda forma geyinmiş 6 futbolçu da əvəzedici komandaya cəlb olunub.