05/01/2018

"Sumqayıt" FK Samir Abasovun rəhbərliyi altında III dövrə üçün məşqlərə start verdi


"Sumqayıt" Futbol Klubu mövsümün ikinci yarısının hazırlığına start verib. Komandamız baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün saat 11:00-da "Kapital Bank Arena"da 2018-ci ildə ilk məşqini keçirib. Qeyd edək ki, heyətə yeni cəlb olunmuş futbolçular - Elnur Abdullayev, Nicat Qurbanov, Ülvi İsgəndərov və əvəzedici komandanın iki üzvü də hazırlıq prosesində iştirak edib. Təxminən 20 dəqiqəlik qaçışın ardından komanda bəzi fiziki göstəricilərin artırılması yönündə çalışıb. Məşqin son hissələrində isə toplu çalışmalara üstünlük verilib və iki tərəfli oyunla hazırlıq prosesi yekunlaşıb.