20/12/2017

"Sumqayıt" FK / STATİSTİKA


Topaz Premyer Liqasında 2017/2018 mövsümündə ikinci dövrə başa çatıb. İlk iki dövrədə "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Samir Abasov, ümumilikdə 20 futbolçunun xidmətindən istifadə edib. Heyətdə yer alan 4 futbolçu – Azər Salahlı (1237), Rəşad Eyyubov (1234), Amil Yunanov (1209) və Cavid İmamverdiyev (1155) bütün qarşılaşmalarda meydana çıxıb. Əsas heyətdə 1 oyunda meydana çıxan Səbuhi və Rüfət Abdullazadələr isə 2001-ci il təvəllüdlü futbolçulardır və hər ikisi "Sumqayıt" FK-nın akademiyasının yetirməsidir. Qeyd edək ki, Səbuhi Abdullazadə 15 yaş 349 günlüyündə “Kəpəz”lə qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və Premyer Liqada cari mövsümdə meydana çıxan ən gənc futbolçu olub. .

"Sumqayıt" FK ilk iki dövrədə baş tutan 14 qarşılaşmada rəqib qapılarından 17 top keçirib və öz qapısından eyni sayda top buraxıb. Bu oyunlarda ən çox qol vuran futbolçumuz isə Amil Yunanovdur. Adıçəkilən forvard çıxdığı 14 qarşılaşmada rəqib qapılarından 5 top keçirib. Amil 5 qolla Premyer Liqada ümumi bombardirlik siyahısında 4-cü pillədə qərarlaşıb.

Azər Salahlı – 14 oyun (1237 dəq.)
Rəşad Eyyubov – 14 (1234)
Amil Yunanov – 14 (1209)
Cavid İmamverdiyev – 14 (1155)
Bəxtiyar Həsənalızadə – 13 (1170)
Tural Axundov – 13 (1126)
Xəyal Nəcəfov – 13 (1094)
Fərhad Vəliyev – 12 (1080)
Vurğun Hüseynov – 11 (990)
Rail Məlikov – 11 (936)
Ehtiram Şahverdiyev – 11 (379)
Vüqar Bəybalayev – 10 (748)
Kamal Mirzəyev – 9 (515)
Cavid Tağıyev – 8 (541)
Bəhlul Mustafazadə – 5 (189)
Ramil Həsənov – 4 (109)
Mehdi Cənnətov – 2 (180)
Fərid Kərimzadə – 2 (23)
Səbuhi Abdullazadə – 1 (7)
Rüfət Abdullazadə – 1 (3)

Vurulan qollar: Amil Yunanov (5/1), Cavid İmamverdiyev (3), Bəxtiyar Həsənalızadə (2), Rəşad Eyyubov, Azər Salahlı, Vurğun Hüseynov, Tural Axundov (1/1).

Buraxılan qollar: Fərhad Vəliyev 12 oyun / 10 qol, Mehdi Cənnətov 2 oyun / 7 qol.