19/12/2017

Akademiyamız həftəni 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə tamamlayıb


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda həftəsonu növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyası həftəni 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə tamamlayıb. Qeyd edək ki, 2 komandamız - U-15 və U-11 turu qələbə ilə başa vurub. Ümumilikdə, "Sumqayıt" FK-nın akademiyasının son oyunlardakı nəticələri diqqətinizə çatdırırıq:

U-17 Liqası
"Neftçi" - "Sumqayıt" 2:2
Qollar:
Rəvan Məmmədov, Əli Əfəndiyev

U-16 Liqası
"Kəpəz" - "Sumqayıt" 3:1
Qol:
Cəlal Cəbrayılov

U-15 Liqası
"Sumqayıt" - İOEUGİM 3:0
Qollar:
Fərid Mehdiyev, Cəmil Zeynalzadə.

U-14 Liqası
"Sumqayıt" - "Neftçi" İKİB 0:0

U-13 Liqası
"Sumqayıt" - "Neftçi" 0:4

U-11 Liqası
"Sumqayıt" - "Sumqayıtspor" 3:1
Qollar:
Nadir Hüseynov, Cəsur Əliyev, Dilavər Verdiyev.