19/12/2017

Azarkeşlərimiz arasında keçirilmiş sorğu özünü doğruldub


"Sumqayıt" Futbol Klubunun qış fasiəsinə neçənci pillədə yollanacağı ilə bağlı klubun rəsmi saytında azarkeşlər arasında sorğu keçirilib. Səs vermədə iştirak edən komandamızın fanatlarının fikirləri nəticəyə uyğun olub. Beləliklə, "Sumqayıt" FK 2017/2018 mövsümünün ilk iki dövrəsini neçə xalla başa vuracaq? sualına respondentlərin 65,52 faizi komandamızın qış fasiləsinə 4-cü pillədə yollanacağını qeyd edib. Sorğuda iştirak edən 261 nəfərin 171-1 məhz bu cavabı qeydə alıb. Qeyd edək ki, sorğu qış fasiləsinə 5 tur qalmış azarkeşlərə təqdim olunub.