15/12/2017

"Sumqayıt" FK "Qarabağ"ı məğlub edərək yarımfinala yüksəldi


Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunu
"Sumqayıt" - "Qarabağ" 2:0

15 dekabr 2017. Saat 19:00. Kapital Bank Arena, 1326 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Namiq Hüseynov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 51 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 88 (oyunun bərpasını ləngitdiyinə görə); Amil Yunanov, 90 (qeyri-idman hərəkəti) // Donald Qerye, 58 (qeyri-idman hərəkəti); Yakub Jezniçak 63 (qeyri-idman hərəkəti); Markos Madera, 87 (hakimə etiraz etdiyinə görə)
Qollar: Kamal Mirzəyev, 22; Amil Yunanov, 90
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 5 dəq.

“Sumqayıt”
23. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
6. Kamal Mirzəyev
(13. Bəhlul Mustafazadə, 72)
9. Amil Yunanov
(97. Xəyal Nəcəfov, 90+2)
11. Ehtiram Şahverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
(10. Cavid İmamverdiyev, 75)

Ehtiyat oyunçular:
36. Süleyman Süleymanov
20. Rüfət Abdullazadə
28. Səbuhi Abdullazadə
90. Ramil Həsənov

Məşqçi: Seymur Rəhimov

“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev (k)
7. Rahid Əmirquliyev
(91. Coşqun Diniyev, 71)
10. Pedro Enrike
8. Markos Madera
11. Mahir Mədətov
(90. Ramil Şeydayev, 76)
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
52. Yakub Jezniçak
(22. Əfran İsmayılov, 70)
77. Donald Qerye
99. Dani Kintana

Ehtiyat oyunçular:
12. Şahruddin Məhəmmədəliyev
18. Tarik Elyunussi
21. Arif Daşdəmirov
44. Ağabala Ramazanov
49. İbrahim Əliyev
88. Elşən Abdullayev

Baş məşqçi: Qurban Qurbanov

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. "Sumqayıt" FK doğma azarkeşləri qarşısında "Qarabağ"ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 2:0 hesablı qələbə qazanaraq adını yarımfinal mərhələsinə yazdırmağı bacarıb.

Seymur Rəhimov ("Sumqayıt" FK-nın məşqçisi): "Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canlarını qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimə də işində uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı. Bundan sonra kubok daha maraqlı olacaq. Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq".