14/12/2017

“Sumqayıt” FK-nın ilin son oyununda dəstəyinizə ehtiyacı var!


15 dekabr tarixində "Sumqayıt" Futbol Klubu 2017-ci il üçün son ev oyununa çıxacaq. Komandamız "Kapital Bank Arena"da Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"ı qəbul edəcək. Adıçəkilən qarşılaşma sabah saat 19:00-da start götürəcək. Bütün azarkeşlərimizi "Qarabağ"la baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edirik. Xatırladaq ki, cütün ilk oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqada ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 7952 nəfər azarkeş oyunu tribunalardan izləyib.

“Sumqayıt” FK-nın ilin son oyununda dəstəyinizə ehtiyacı var!