14/12/2017

"Sumqayıt" - "Qarabağ" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının hakim təyinatları müəyyənləşib. “Sumqayıt” - "Qarabağ" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Akif Əmirəli və Namiq Hüseynov yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Elvin Əsgərov olacaq.

Nəzərinizə çatdıraq ki, “Sumqayıt” - "Qarabağ" qarşılaşması 15 dekabr, saat 19:00-da "Kapital Bank Arena"da baş tutacaq.

15 dekabr (cümə)

“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 19:00