11/12/2017

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşmadan məğlub ayrılıb


Azərbaycan Kuboku, 1/4 final mərhələsi, ilk oyun
"Qarabağ" - "Sumqayıt" 2:1

11 dekabr 2017. Saat 19:00. “Azersun Arena”, 450 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, İsgəndər Əliyev
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Azər Salahlı, 51 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Fərhad Vəliyev, 88 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə)
Qollar: Riçard Almeyda, 57; Pedro Enrike, 85 // Rəşad Eyubov, 23
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 6 dəq.


“Qarabağ”
13. İbrahim Şehiç
2. Qara Qarayev
8. Markos Madera
9. Dino Ndlovu
(91. Coşqun Diniyev, 81)
11. Mahir Mədətov
20. Riçard Almeyda (k)
22. Əfran İsmayılov
(99. Dani Kintana, 46)
30. Abbas Hüseynov
32. Elvin Yunuszadə
52. Yakub Jezniçak
(10. Pedro Enrike, 71)
77. Donald Qerye

Ehtiyat oyunçular:
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
14. Rəşad Sadıqov
18. Tarik Elyunussi
14. Famil Camalov
21. Arif Daşdəmirov
44. Ağabala Ramazanov
88. Elşən Abdullayev
90. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(13. Bəhlul Mustafazadə, 77)
6. Kamal Mirzəyev
9. Amil Yunanov
(23. Mehdi Cənnətov, 90+1)
11. Ehtiram Şahverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
(97. Xəyal Nəcəfov, 90+6)

Ehtiyat oyunçular:
20. Səbuhi Abdullazadə
28. Rüfət Abdullazadə
39. Tural Bayramlı
90. Ramil Həsənov

Məşqçi: Seymur Rəhimov

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu bu mərhələnin ilk oyununda səfərdə "Qarabağ"la qarşılaşmadan 1:2 hesabı ilə məğlub ayrılıb.

Seymur Rəhimov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Maraqlı oyun oldu. “Qarabağ” üstün oyun sərgilədi. Bu komanda Azərbaycan çempionatını aşmış komandadı. Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Komandamızın 70 faizi gənclərdən ibarətdi. Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridi. Kubok mübarizəsi iki matçdan ibarətdi. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq”.