10/12/2017

Samir Abasov təcrübə məqsədilə Madrid “Atletiko”sunun düşərgəsinə yollanıb


“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə İspaniyaya yollanıb. Çalışdırıcımız AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək. 1 həftə davam edəcək olan təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.