09/12/2017

"Qarabağ" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının hakim təyinatları müəyyənləşib. "Qarabağ" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək. Vüqar Bayramov və İsgəndər Əliyev yan xətlərdə Diniyevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəhim Həsənov olacaq. Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması 11 dekabr, saat 19:00-da "Azersun Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

11 dekabr (bazar ertəsi)

“Qarabağ” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”, 19:00