05/12/2017

"Qarabağ" - "Sumqayıt" oyunu saat 19:00-da start götürəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının başlama saatı müəyyənləşib. "Qarabağ" - "Sumqayıt" qarşılaşması dekabrın 11-də "Azersun Arena"da baş tutacaq və saat 19:00-da start götürəcək. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.