05/12/2017

"Sumqayıt" FK-nın ev oyunlarını 7952 azarkeş izləyib


Topaz Premyer Liqasında 2017/2018 mövsümündə ilk 2 dövrə arxada qalıb. 14 tur ərzində "Sumqayıt" Futbol Klubu 6 qələbə, 2 heç-heçə və 6 məğlubiyyətə imza ataraq mövsümün yarısını 4-cü pillədə başa vurub. Komandamız ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 7952 nəfər azarkeş oyunu tribunalardan izləyib.

"Sumqayıt" Futbol Klubu olaraq, bütün azarkeşlərimizə ilk iki dövrə ərzində komandamızı tək buraxmadıqları üçün təşəkkür edirik.

"Kapital Bank Arena"da keçirilmiş 6 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)