07/02/2012

"Sumqayıt" Futbol Klubu STATİSTİKA


“Sumqayıt” Futbol Klubu qış fasiləsinədək 27 futbolçunun xidmətindən yararlanıb. Baş məşqşi Bernhard Raabın ən çox güvəndiyi futbolçular U-21-in üzvləri Ruslan Tağızadə və Kamil Nurəhmədovdur. Sağ cinah müdafiəçisi olan Ruslan 18 oyunda 1610 dəqiqə meydanda olub. Hücumçu Kamil isə adıçəkilən komanda yoldaşından fərqli olaraq 1177 dəqiqə mübarizə aparıb. Almaniyalı mütəxəssisin ən az şans verdiyi futbolçu isə “Rəvan”a transfer olunan Ramil Nuriyevdir (1 dəqiqə).

Ruslan Tağızadə-18 (1610 dəq.)
Kamil Nurəhmədov-18 (1177)
Emin Mustafayev-17 (1221)
Samir Abasov-16 (1436)
Andriy Popoviç-16 (1368)
Hacı Əhmədov-15 (1350)
Bədavi Hüseynov-15 (1350)
Timur İsrafilov-15 (1243)
Slavik Alxasov-14 (934)
Orxan Əliyev-12 (962)
Mahmud Qurbanov-12 (838)
Eldar Məmmədov-12 (789)
Ramil Həşimzadə-12 (511)
Eşqin Quliyev-10 (536)
Abdulla Abatsiyev-7 (547)
Orxan Həsənov-7 (359)
Murad Səttarlı-7 (325)
Samir Abdulov-7 (245)
Aleksandr Qross-4 (181)
Sahil Kərimov-3 (249)
Ruslan Qurbanov-3 (162)
Aqil Məmmədov-3 (84)
Ruslan Nəsirli-3 (61)
Rəşad Kərimov-2 (132)
Şamil Camaləddinov-2 (14)
Samir Yusifov-1 (63)
Ramil Nuriyev-1 (1)

Gənclər iş başında
Qış fasiləsinədək “Sumqayıt” 13 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar oyunçusu Kamil Nurəhmədovdur. Gənc forvard biri penaltidən olmaqla 3 dəfə qol sevinci yaşayıb. Ümumiyyətlə, komandamızın vurduğu 13 qolun 11-də gənc futbolçuların imzası var. Komandanın kapitanı Samir Abasov isə 2 dəfə komandasına sevinc bəxş edib.

Qeyd edək ki, “Sumqayıt”ın 9 futbolçu qolçuluq bacarığını nümayiş etdirib. Komandanın buraxdığı qollara gəlincə, 16 oyunda çərçivəni qoruyan Andriy Popoviç 18 dəfə topu tordan çıxarmalı olub. Əsas millinin “əlcək sahibi” olan adıçəkilən qolkiper bir dəfə də 11 metrlik cərimə zərbəsini zərərsizləşdirib. İkinci qapıçı olan Sahil Kərimov biri penaltidən olmaqla qapısında 5 qol görüb.

Vurulan qollar: Kamil Nurəhmədov – 3 (1/1), Samir Abasov – 2, Eldar Məmmədov – 2, Emin Mustafayev – 1, Timur İsrafilov – 1, Orxan Əliyev – 1, Eşqin Quliyev – 1, Murad Səttarlı – 1, Samir Abdulov – 1.
Buraxılan qollar: Andrey Popoviç-18 (0/1), Sahil Kərimov-5 (1/1).

Alman intizamı
Baş məşqçi Bernhard Raab komandada alman nizam-intizamı yarada bilib. Belə ki, “Sumqayıt” Unibank Premyer Liqasının ən intizamlı kollektivdir. Komandanın passivində cəmi 1 qırmızı, 26 sarı vərəqə var. Ən çılqın oyunçu Andriy Popoviçdir. Gənc qolkiper bir dəfə meydanı vaxtından əvvəl tərk etməklə yanaşı 4 dəfə hakimləri əllərini ciblərinə atmağa məcbur edib. Ümumiyyətlə, cari mövsümdə “Sumqayıt”ın 14 üzvünə xəbərdarlıq edilib.

Sarı vərəqələr: Andriy Popoviç – 4, Ruslan Tağızadə - 3, Kamil Nurəhmədov – 3, Emin Mustafayev – 2, Timur İsrafilov – 2, Slavik Alxasov – 2, Ramil Həşimzadə - 2, Abdulla Abatsiyev – 2, Samir Abasov – 1, Hacı Əhmədov – 1, Mahmud Qurbanov – 1, Eldar Məmmədov – 1, Samir Abdulov – 1, Ruslan Qurbanov-1.
Qırmızı vərəqə: Andrey Popoviç-1.

Uğursuz start
“Sumqayıt” Premyer Liqada ilk 10 oyunda cəmi 3 xal toplaya bilib. Tədricən özünə gələn komanda AZAL-ı əliboş yola salmaqla diqqətləri üzərinə çəkib. Daha sonra Ağdam səfərindən 3 xalla qayıdan “Sumqayıt” “Kəpəz”i böyük hesabla məğlubiyyətə uğradıb. Komanda son turda isə “Turan”a qalib gəlib.

"Xəzər Lənkəran" - "Sumqayıt" 2:1
"Sumqayıt" - "Qəbələ" 1:2
"Neftçi" - "Sumqayıt" 4:0
"Sumqayıt" - "Qarabağ" 0:0
"Sumqayıt" - "İnter" 0:2
"Rəvan" - "Sumqayıt" 0:0
"Sumqayıt " - "Simurq" 0:1
"Kəpəz" - "Sumqayıt" 1:1
"Sumqayıt" - "Bakı" 0:1
"Turan" - "Sumqayıt" 1:0
"Sumqayıt" - AZAL 2:1
"Qarabağ" - "Sumqayıt" 1:2
"Simurq" - "Sumqayıt" 1:0
"Sumqayıt" - "Rəvan" 0:1
"Qəbələ" - "Sumqayıt" 3:1
"Sumqayıt" - "Kəpəz" 4:1
"Bakı" - "Sumqayıt" 1:0
"Sumqayıt" - "Turan" 1:0

Evdə        (9 3 1 5 8-9 10)
Səfərdə    (9 1 2 6 5-14 5)
Ümumi     (18 4 3 11 13-23 15)

9 oyunda 19130 tamaşaçı
Doğma meydanda 9 oyun keçirən “Sumqayıt” bu görüşlərdə 19130 tamaşaçı toplaya bilib. Ən çox azarkeş “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olduğu görüşdə qeydə alınıb (8000 tamaşaçı). Bernhard Raabın komandasının Sumqayıtdan kənarda keçirdikləri görüşləri 23100 tamaşaçı izləyib. Qış fasiləsinədək oyunları izləyənlərin sayı 42230 nəfərdir.

Evdə ən çox
“Sumqayıt” 1:2 “Qəbələ” – 8000 tamaşaçı
Evdə ən az
“Sumqayıt” 0:1 “Rəvan” – 150
Səfərdə ən çox
“Xəzər Lənkəran” 2:1 “Sumqayıt” – 8000
Səfərdə ən az
“Rəvan” 0:0 “Sumqayıt” – 300

"Sumqayıt"ın oyunlarında hakimlər
“Sumqayıt”ın oyunlarını cari mövsümdə 8 ədalət təmsilçisi idarə edib. Gənclik şəhərinin komandasının oyunlarına ən çox təyinat alan hakimlər Anar Salmanovla Vüsal Əliyevdir (4 oyun). Maraqlıdır ki, FİFA referilerinin idarə etdiyi 8 görüşdə “Sumqayıt” cəmi 1 qələbə qazana bilib.

Baş hakimlər:
Anar Salmanov-4 (+, -, -, -)
Vüsal Əliyev-4 (-, -, -, -)
Rauf Cabbarov-3 (+, =, -)
Rəhim Həsənov-3 (+, -, -)
Rövşən Əhmədov-1 (+)
Elnur Muradov-1 (-)
Ceyhun Haşımov-1 (=)
Əliyar Ağayev-1 (=)

Qeyd:
+ qələbə
= bərabərlik
- məğlubıiyyət

Baş hakimin köməkçiləri:
İsgəndər Əliyev-5
İlham Əliyev-3
Elman Musayev-3
Vaqif Musayev-3
Aleksandr Musatkin-3
Zeynal Zeynalov-3
Azər Əsgərov-2
Coşqun Həsənov-2
Elşən Acalov-2
Rahil Ramazanov-1
Ramiz Əsədov-1
Mehman Mahmudov-1
Munis Abdullayev-1
Mübariz Haşımov-1
Habil Əliyev-1
Rza Məmmədov-1
Yaşar Abbasov-1
Knyaz Əmiraslanov-1
Nahid Əliyev-1

Dördüncü hakimlər:
Rauf Cabbarov-3
Ramil Əhmədov-3
Fuad Həsənov-2
Alik Yunusov-2
Elçin Məmmədov-1
Ramil Diniyev-1
Anar Salmanov-1
Orxan Məmmədov-1
Teymur Fərhadov-1
Anar Göyçayski-1
Feyzulla Feyzullayev-1
Rəhim Həsənov-1

“Sumqayıt” Kubokda
Ölkə kuboka 1/16 final mərrhələsindən başlayan “Sumqayıt” birinci divizion təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Rəhim Həsənovun idarə etdiyi görüşdə komanda 150 tamaşaçı qarşısında Samir Abdulov və Kamil Nurəhmədovun vurduğu qollarla meydanı qələbə ilə tərk edib. Növbəti mərhələdə “Qarabağ”la qarşılaşan Bernhard Raabın komandası çempionat oyununda məğlub olmadığı rəqibi ilə dueldən bu dəfə məğlub ayrılıb. Quzanlıda 1500 tamaşaçı qarşısına məğlub olan “Sumqayıt” mübarizəni dayandırıb.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Elçin Məmmədov bu görüşdə Eşqin Quliyevlə Emin Mustafayevi sarı vərəqə ilə cəzalandırıb.

Sahil Kərimov-180
Slavik Alxasov-180
Ruslan Tağızadə-180
Bədavi Hüseynov-180
Samir Yusifov-180
Emin Mustafayev-180
Kamil Nurəhmədov-98
Abdulla Abatsiyev-90
Ruslan Qurbanov-90
Eşqin Quliyev-90
Orxan Həsənov-90
Aleksandr Qross-90
Hacı Əhmədov-62
Ramil Həşimzadə-55
Samir Abdulov-54
Abdulla Abatsiyev-46
Ramil Nuriyev-44
Murad Səttarlı-36
Eldar Məmmədov-35
Şamil Camaləddinov-20