03/12/2017

Əvəzedicilərimiz ilin son oyununda "Kəpəz"i məğlub edib


Əvəzedicilərin çempionatında 14-cü turun oyunları keçirilib. "Sumqayıt" FK-nın əvəzediciləri səfərdə "Kəpəz"lə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri ilin son oyununda 2:1 hesablı qələbəyə seviniblər. Komandamızın qollarını Elvin Nəsibov və Tural Bayramlı rəqib qapısından keçirib.

"Kəpəz" - "Sumqayıt" 1:2
Qollar:
Elgün Orucov, 43 // Elvin Nəsibov, 3; Tural Bayramlı, 56.