02/12/2017

"Sumqayıt" FK səfərdə "Kəpəz"i məğlub edərək qış fasiləsinə 4-cü yerdə yollandı


"Kəpəz" - "Sumqayıt" 0:3
2 dekabr 2017. Saat 14:00. Gəncə şəhər stadionu, 9500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Rahil Ramazanov,
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Şəhriyar Əliyev, 81 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 32 (qeyri-idman hərəkəti)
Qollar: Bəxtiyar Həsənalızadə, 21; Cavid İmamverdiyev, 60, 68
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 2 dəq.

“Kəpəz”
1.Davud Kərimi
13.Şəhriyar Rəhimov (k)
4. Şəhriyar Əliyev
18. Tural Cəlilov
21. Novruz Məmmədov
5. Kərim Diniyev
20. Samba Dialo
(6. Ceyhun Cavadov, 46)
10. Tural Rzayev
12. İlyas Səfərzadə
11. Kamran Abdullazadə
(7. Sergey Çernişev, 71)
9. İlkin Sadıqov

Ehtiyat oyunçular:
22. Ruzi Qiyaslı
19. Aydın Qasımov
16. Azər Məmmədov
26. Ba Mansur Aladji
17. Əli Səmədov
2. Yusif Cəfərov
15. Azad Kərimov

Baş məşqçi: Yunis Hüseynov

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
9. Amil Yunanov
(11. Ehtiram Şahverdiyev, 79)
10. Cavid İmamverdiyev
(6. Kamal Mirzəyev, 75)
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov
(28. Səbuhi Abdullazadə, 83)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
13. Bəhlul Mustafazadə
17. Fərid Kərimzadə
90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 14-cü turun oyunları davam edir. "Sumqayıt" FK bu tur Gəncə Şəhər Stadionunda "Kəpəz"in qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 3:0 hesablı qələbə qazanıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Ümumlikdə oyunumuz ağır getdi. Bunu hesaba görə demirəm. Futbolçuların bütün 90 dəqiqə boyu hərəkətlərində ağırlıq görünürdü. Məlumdu ki, yol yorğunluğu, meydança amili öz təsirini göstərir. Bundan şikayətlənmirik. Hətta yorunluğa görə Gəncədə məşqdən imtina etdik. Komanda bu gün ağır görünürdü. Oyunun taleyini həll edən futbolçular bunu bacardılar".