01/12/2017

“Kəpəz” - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Topaz Premyer Liqasında 14-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. “Kəpəz” - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Yaşar Abbasov və Rahil Ramazanov yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ziya Nəsirov olacaq.

Nəzərinizə çatdıraq ki, “Kəpəz” - "Sumqayıt" qarşılaşması 2 dekabr, saat 14:00-da Gəncə Şəhər stadionunda baş tutacaq.

02 dekabr (şənbə)

“Kəpəz” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 14:00