30/11/2017

"Kəpəz" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR


"Sumqayıt" FK-nın "Kəpəz"lə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:

1. Komandalar Azərbaycan çempionatlarında 17 dəfə qarşılaşıblar.
2. "Sumqayıt" FK "Kəpəz"lə qarşılaşmalardan 6 qələbə, 6 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 22-20 komandamızın xeyrinədir.
4. Amil Yunanov "Kəpəz"lə qarşılaşmalarda ən çox fərqlənən futbolçumuzdur (3 qol).
5. "Sumqayıt" FK Premyer Liqada ilk böyükhesablı qələbəsini "Kəpəz" üzərində əldə edib ("Sumqayıt" - "Kəpəz" 4:1, 11.12.2011)

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" qarşılaşması 2 dekabr, saat 14:00-da Gəncə Şəhər stadionunda keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.