30/11/2017

"Kəpəz" - "Sumqayıt" qarşılaşması saat 14:00-da start götürəcək


Topaz Premyer Liqasında 14-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu tur çərçivəsində keçiriləcək olan "Kəpəz" - "Sumqayıt" qarşılaşması dekabrın 2-də Gəncə Şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 3 dekabr tarixində Yevlax Şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlanacaq.